Bu gündən Günəşdə geomaqnit qasırğası başlayıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, kosmik hava hadisəsi noyabrın 11-nə qədər hər gün davam edəcək.

Məlumatda qeyd olunub ki, noyabrın 7-si və 8-də başlayacaq qasırğa noyabrın 9-u və 10-da maksimuma çatacaq. Noyabrın 11-də isə nisbətən zəifləyəcək. Geomaqnit prosesi noyabrın 15-də bir daha baş verəcək.