Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, qəza zamanı minik avtomobilinin sürücüsü ölüb. Xəsarət alanların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.