Lerik rayonunda yol qəzası nəticəsində 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun idarə etdiyi UAZ markalı avtomobil yoxuşu qalxarkən dərəyə aşıb.

Unikal.org xəbər verir ki, hadisədə sürücü, onun sərnişinləri Ramin Qafar oğlu Həmidov və qardaşı Müseyib Qafar oğlu Həmidov müxtəlif növ bədən xəsarətləri alaraq rayonun mərkəzi xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan İsabala Sarıbala oğlu Asimovun dünyasını dəyişdiyi bildirilib. Yerli mediada sürücünün həyatını itirdiyi barədə məlumat verilib. Lakin həkimlərin "ölüb dediyi şəxs komadan ayılıb. Xəstəxanadan "Reporta bildirilib ki, cərrahiyyə əməliyyatı zamanı bir neçə dəqiqəlik kliniki ölüm keçirən şəxs komadan çıxıb. Hazırda 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun üzərində aparılan cərrahiyyə əməliyyatı yekunlaşıb. 

Xəstənin vəziyyəti ağır olaraq qalır.