Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. 

Unikal.org Lent.az-a istinadən  xəbər verir ki, 1960-cı il təvəllüdlü Həsənəliyev Cəfər Qürbət oğlu ərizə yazaraq bildirib ki, bu ilin avqustunda yaşadığı mənzildə tanışına külli miqdarda dəyəri olan qızıl verib. Onun sözlərinə görə, Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Ağayeva Rübabə Cəlal qızına satış məqsədi ilə ümumi dəyəri 68834 manat olan qızıl-zinət əşyaları verib. Lakin həmin qadın məbləği ödəməyərək dələduzluq edib.

Müraciət əsasında araşdırma aparılır.