Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq mövzusunda dəyirmi masa keçirilib.
Unikal.org-un məlumatına görə, tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycan mediasının bugünkü vəziyyəti haqqında danışıb.
Ə.Amaşov bildirib ki, bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və xəbəri şişirdirlər:
"Biz "googleda "Dağlıq Qarabağ, "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Fədayə Laçın və "Qoca ləqəbli kriminal avtoritet sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın, ikinci yerdə "Dağlıq Qarabağ, üçüncü yerdə "Qoca, dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmir yolu ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir.
Ə.Amaşov bildirib ki, cəmiyyətdə kriminal xəbərlərə maraq var, lakin kriminal xəbərlər cəmiyyətə öz mənfi təsirini göstərir: "Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq artır, cinayətlərin xarakteri artır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi örnək olur. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənfi haldır.
Ə.Amaşov bildirib ki, baş verən hadisələr obyektiv işıqlandırılmalıdır, cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır: "Bəzi hallarda informasiya şişirdilir ki, bu da cəmiyyətdə qorxu yaradır, guya hanısa paralel güclərin olmasından xəbər verir. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırq?!