Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1958-ci il təvəllüdlü Mahmud Məhəmməd oğlu Qasımovun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.