Gürcüstanın Poti şəhərində 28 yaşlı qadın "Sibir xorası xəstəliyindən dünyasını dəyişib.
Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Səhiyyə nazirliyinin regional laboratoriyasının epidemioloqu Maki Qabuniya bildirib.
"Ehtimala görə, qadın tibbi yardım üçün vaxtında müraciət etməyib. Ona müvafiq tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb, deyə M.Qabuniya bildirib.
Qeyd edək ki, bu ilin sentyabrında Acarıstan Muxtar Respublikasının sakini "Sibir xorası xəstəliyindən ölüb.