Bakıda intihara cəhdin qarşısı alınıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanına çıxıb.
Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.
Əməliyyat başa çatıb.