Salyanda yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Salyanın Çuxanlı kəndində "Mercedes markalı avtomobil kanala aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Bunlar, sürücü Lənkəran sakini, 1985-ci il təvəllüdlü Cəfərov Seyfəddin Bəkir oğlu, avtomobildə olan sərnişinlər Lənkəran sakinləri, 1962-ci il təvəllüdlü Xəlilova Mehriban Cəlal qızı, 1971-ci il təvəllüdlü Əlizadə Elnarə İltifat qızı və 1968-ci il təvəllüdlü Nəcibəyov Rahim Gülağa oğludur.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirilib.