Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü Hüsenquliyeva Əhiya Əlmirzə qızı 3-cü mikrorayon dairəsində yolu keçmək istəyən zaman onu "90-PD-467" dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı minik avtomobili vurub.

Sürücü yaralını xəstəxanaya aparıb, özü polisə təslim olub.
Fakt araşdırılır.