Bakıda məhkum ölümü baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılan 1957-ci il təvəllüdlü Hacıqulu Hacıağa oğlu Səlimov xəstəlikdən ölüb.

Xatırladaq ki, 2010-cu il avqustun 1-də saat 09:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda 1957-ci il təvəllüdlü Səlimov Hacıqulu Hacıağa oğlu yaşadığı evin həyətində qonşusu, əvvəllər məhkum olunmuş, 1948-ci il təvəllüdlü Mustafayev Eyyub Ağa oğlu ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı istintaqa məlum olmayan mənbədən əldə etdiyi "Makarov tipli tapançadan sonuncuya 3-4 atəş açıb. Güllələrdən biri E.Mustafayevin arvadı Mustafayeva Xalidə İbrahim qızının qoluna dəyib.