Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, noyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Babək prospektində Bakı şəhər sakini Telman Əsgərov idarə etdiyi "Range Rover markalı avtomobillə yolu keçən paytaxt sakini Nadir Sadıqovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.