Samuxda yolu keçən qadını maşın vurub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, şəhərin İnstitut qəsəbə sakini, 1968-ci il təvəllüdlü Cəfərova Zərifə İslam qızı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının deməsinə görə, o, yolu keçən zaman avtomobillə vurulub.

Faktla bağlı araşdırma aparılır.