Qəbələdə yanğın hadisəsi baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böyük Pirəli kəndində birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. -‹