Masallı rayonunda intihar hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Xoşçobanlı kəndində baş verib.
Kənd sakini, 1964-cu il təvəllüdlü Abbasov Abusət Abbas oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsiylə cinayət işi başlanılıb, araşdıram aparılır.