Bakı bulvarında gənc qız özünü öldürmək istəyib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisində Nizami rayon sakini, 1990-cı il təvəllüdlü Orucova Sevinc Fəxrəddin qızı özünü dənizə ataraq intihara cəhd edib. Boğulmaq üzrə olan qızı Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları sudan çıxarıb.
Yaxınlarının bildirdiyinə görə, son vaxtlar Sevinc Orucovanın əsəbləri pozulub.
Onun konkret hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.