Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir. Xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.

13:04

Fövqəladə Hallar Nazirliyi Bakıda biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

12:20

Bakıda biznes mərkəzi yanır.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.

Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.