Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.


O, 3 saata yaxın dindirilib.

13:14

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov APA-ya E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.

E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.