Ağstafa rayonunun Ceyrançol ərazisində çobanlar arasında kütləvi dava düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.
Belə ki, ərazidə heyvanlarını otaran 6 çoban arasında otlaq sahəsi üstündə mübahisə düşüb.
Daha sonra əlbəyaxa olan çobanlar bir-birlərinə çomaq və küt alətlə zərbələr vurublar. Nəticədə 34 yaşlı Məmmədov Mahir Zakir oğlu və onun həmyaşıdı Paşayev Akif Fəxrəddin oğlu və onun 24 yaşlı qardaşı Asif ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Onları döyən çobanların üç qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)