Qusarda piyadanın ölümü ilə nəticələnə yol qəzası qeydə alınıb.

Unikal.org-un verdiyi məlumata görə, rayonun Kuzunqışlaq kəndi ərazisində "Mercedes " markalı avtomaşınla 49 yaşlı piyada Heydər Eldarov vurulub. Xəsarət alan şəxs xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.