Bakıda maşın yolu keçən şəxsi vurub.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, noyabrın 9-da saat 19 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Astara rayon sakini Fəqan Hüseynzadə idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən Şərur rayon sakini Sərvər Muradovu vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 10-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.