Gəncə şəhərində qatar piyadanı vurub.
Unikal.org apa-ya istinadən xəbərinə görə, şəhərin "Poçt qəsəbəsi adlanan ərazisində qatarın vurduğu qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirib.
Report-un məlumatına görə, Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızı dəmir yolunun üzərindən qarşı tərəfə keçmək istəyirmiş.
Ağır kəllə-beyin travması alan qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.