"Səhnədə xoşbəxt aktrisayam. Amma həyatda xoşbəxt qadın deyiləm. Xoşbəxtlik müxtəlif anlarda olur. Bu anlar şəxsi həyatımda mənə çox az qismət olub".
Unikal.org Axşam.az-a istinadən məlumatına görə, bu sözələri xalq artisti Məleykə Əsədova "Sənətsevər" verilişində deyib.
Aktrisa bildirib ki, həyatda heç vaxt xoşbəxt olmayıb:
"Həmişə zəhmətkeş olmuşam. Uşaqlıqdan nə qədər incə görünsəm də, çiyinlərimdə ağır yük olub. Kənardan hər şey gözəl görünür. Problemimi heç kimlə bölüşmürəm. Mənim şəxsi problemimi, içimdə ağlamağımı ancaq özüm görürəm. Bunun tamaşaçıya aidiyyatı yoxdur.
Həyatda qadın kimi xoşbəxt olmadım. Allah qızımı o qədər xoşbəxt etsin ki, heç olmasa bir ana kimi xoşbəxt olum. Ona baxım sevinim".
"Əsl sevgi yaşamısınız" sualına Əsədova "Əlbəttə, əsl sevgi yaşamışam. Universitet illərimdə olmayıb. Gəncliyimi yaşamamışam. Sonra sevdim. Amma illərdir o sevgi xatirələrdədir. O sevgini sənətimə və anama qurban verdim. Mənim anam istəyinə çatdı" cavabını verib.