"Oyunbozan" serialında Ece obrazını canlandıran aktrisa Tuvana Türkay şou proqramlardan birinin qonağı olub.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, aktrisa açıqlamaları ilə diqqət çəkib. O, sənəti üçün hər şeyi qurban verə biləcəyini deyib.
"Roluma görə hər şey edə bilərəm: 20 kilo kökəlmək, ya da başımı keçəl etdirmək kimi. Bu mənim sənətimdir. Aktrisanın bədəni kirayədir. Çox qısqanc biriyəm. Tezliklə evlənməyi düşünmürəm, amma ki insan dünyaya uşaq sahibi olmaq üçün gəlir".