CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 65,63 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,34 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 64,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 10-da 62,1 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 10-da 64,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,25 dollar/barel azdır.