Model Gigi Hadid Nyu-Yorkda paparazzilərə tuş gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı model dəvət aldığı verilişlərdən birinə gedib. O, bu dəfə çəhrayı rəngə üstünlük verib.
Başdan-ayağa çəhrayı geyinən Giginin təkcə ayaqqabısı qara olub.
Tranparan köynəkdə olan Hadidin alt paltarının belə çəhrayı olması diqqətdən yayınmayıb.
Fotoları sosial şəbəkədə görən izləyicilər Hadidin həftə sonu sevgilisi Zeynlə 2 illik ildönümlərini qeyd etdikdən sonra belə xoşbəxt olduğunu və bu səbəbdən sevinc rəmzi sayılan çəhrayıyabüründüyünü qeyd ediblər.