Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detalları məlum olub.
Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Unikal.org xəbər verir ki, mərhum X.Vəliyevanın anası Validə Vəliyeva "Qafqazinfoya açıqlamasında bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır:
"Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin "Mercedes markalı maşını ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də mənə "SMS yazaraq "Dadaşla qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi "Dadaşdır.
Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burda başqa bir söhbət olmayıb.
V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: "Hadisədən sonra onun da izahatı alınıb buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib . Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib.
V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: "Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər.