2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 462,653 mln. manat sığorta haqqı toplanıb.
Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204,637 mln. manat təşkil edib.
Cari ilin ilk 10 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 45 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,099 mln. manat artaraq 307,302 mln. manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 15,222 mln. manat artaraq 158,9 mln. manata yüksəlib.
Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78 %-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.