Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən "Ordubad" kafesində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Hüseynov Urxan Ceyhun dava zamanı bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.