Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Rayon sakini Fərhad Məmmədov polisə müraciət edərək yaşadığı evdən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.