"KamAZ sürücüsünü döyən translar barələrindəki hökmdən şikayət veriblər. 4 nəfərdən ibarət dəstə üzvləri soyğunçuluqda və biri isə həm də narkotik istifadə etməkdə ittiham edilirlər.
Belə ki, fahişəliklə məşğul olanlar - "Pərvanə ləqəbli 27 yaşlı Nurlan Hacımayılzadə, "Aygün ləqəbli 21 yaşlı Adəm Lətifov, "Hulya ləqəbli 20 yaşlı Saleh Sadıxov və "Banu ləqəbli 20 yaşlı Taleh Mirzəyev öncədən planlaşdıraraq Qaradağ rayonundan Gədəbəyə daş aparan yük maşını sürücüsü Taryel Məmmədovu döyərək cibindən pulunu götürüblər.
"Aygün əvvəllər xuliqanlığa görə 1 il islah işləri ilə cərimələnib. O, hadisə ilə bağlı danışaraq deyib ki, daim yol kənarında dayanıb yük maşını sürücüləri ilə əlaqədə olub 10-15 manat alıblar: "Bir həftə idi müştəri yox idi, pulumuz da qurtarmışdı. Məsləhətləşib belə bir iş görmək qərarına gəldik. Elə 10 dəqiqə sonra "KamAz dayandı, sürücü düşüb ayaqyoluna getdi. Mən də yaxınlaşıb iradımı bildirdim, məni söydü. Əsəbiləşib qarnından təpiklə vurdum, yerə yıxıldı. "Banu gəlib onun cibindən pulunu götürdü. Sürücü durub üstümüzə gəlirdi, "Pəravə ilə "Hulyaya dedim ki, ona daş atın. Daşlar maşına dəydi, sürücü qorxub geri qayıtdı. Biz də taksiyə oturub şəhərə gəldik. Pul 400 manat idi, aramızda böldük. Xocasən yolunda müştəri gözləməyə başladıq.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu hadisə ilə yanaşı narkotik istifadə etdiyi üçün də ittiham edilən N.Hacımayılzadə də ifadə verib. O, hadisəni oxşar formada danışıb: "Adım Nurlandır, amma dostlarım mənə "Pərvanə" deyir. Bundan əvvəl "Papanində tanımadığı adamdan 40 manata 2 kibrit qutusu marixuana aldım, səhəri gün polis gəlib məni tutdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacımayılzadə 6 il, A.Lətifov 5 il 3 ay , S.Sadıxov 5 il, T.Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Translar hökmdən narazı qalıblar və cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti veriblər.
Onların şikayəti icraata götürülüb. Prosesin ilkin baxış iclası noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək.