2017-ci ilin yanvar oktyabr aylarında Azərbaycanda 405,2 min ton diri çəkidə ət istehsal edilib.
Unikal.org-un məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ət istehsalı 3,4 faiz artıb.
Həmçinin bu il ərzində ölkədə süd istehsalı 0,6 faiz artaraq 1682,8 min ton, yumurta istehsalı 7,5 faiz artaraq 1 milyard 446,6 milyon ədəd, yun istehsalı isə 4,0 faiz azalaraq 15,8 min ton olub.
Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub.
2017-ci il oktyabrın 1-nə olan məlumata əsasən Azərbaycanda 2 milyon 702,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 298,7 min baş inək və camış, 8 milyon 667,3 min baş qoyun və keçi mövcud olub.