"Banklar və Biznes Qəzeti Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə tələbələr arası məqalə müsabiqəsi keçirir. Belə ki "Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri adlı müsabiqəyə 16 avqust 2017-ci il tarixindən start verilmiş, 15 noyabr 2017-ci il tarixində isə məqalələrin qəbulu yekunlaşmışdır. Qaliblərin mükafatlandırma mərasimi 28 noyabr 2017-ci il tarixində keçiriləcəkdir.
"Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri mövzusunda olan məqalə müsabiqəsində mükafat fondu və müsabiqə şərtləri aşağıdakı kimi müəyyən edilmişdir;
Mükafat fondu:
1-ci yer - 800 manatlıq hədiyyə kuponu;
2-ci yer - 500 manatlıq hədiyyə kuponu;
3-cü yer - 300 manatlıq hədiyyə kupunu;
Növbəti 5 yer - 100 manatlıq hədiyyə kuponu.
Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak etmək istəyən şəxs hazırda jurnalistika və ya iqtisadiyyat üzrə bakalavr və magistr təhsilini davam etdirməlidir;
Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;
Məqalə əvvəl heç bir kütləvi informasiya vasitəsində yayımlanmamalıdır.
Yazıya qarşı olan tələblər:
Məqalə "Times New Roman yazı şriftində, 11 punto ölçüsündə, 1.5 ara ilə hər tərəfdən 20 mm məsafədə olan A4 formatlı səhifədə yazılmalıdır;
Məqalənin həcmi 11 min simvoldan (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.
Müsabiqə çərçivəsində tələbələri maarifləndirmək məqsədilə "İnformasiya axınlarının iqtisadi effektləri və "İnformasiyanın iqtisadi gözləntilərə təsiri adlı seminarlar keçirilmişdir. Seminarlarda əməkdar jurnalist, " Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev, Mərkəzi Bankın "Tədqiqatlar və İnkişaf Mərkəzinin "İqtisadi maarifləndirmə xidmətinin mütəxəssisi Lamiyə Qaralova, Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev çıxış etmişdir.