"Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Həkimlərin maaşının da aşağı olması inşa olunan xəstəxanaların inkişafına, işləməsinə mane olur.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Əhalinin artımı nəzərə alınaraq səhiyyə xərcləri artırılmalıdır. Bunu stabil saxlasaq və ya azaltsaq, problemlər olacaq.