SOCAR və Rusiyanın "Qazprom şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib.
Unikal.org "Qazprom şirkətinə istinadən verdiyi məlumata görə, müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.
Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.
Xatırladaq ki, bu ilin iyul ayında Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Qazprom şirkətinin rəhbəri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.
Qeyd edək ki, "Qazprom 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, "Şahdəniz yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.