Türkiyə Respublikasının İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, 23 noyabr 2017-ci ildə "Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı mövzusunda xüsusi sessiya keçirilir.
Unikal.org xəbər verir ki, tədbirdə "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Sessiya xüsusi olaraq Dakarlimanı - Sudan dəmiryolu layihəsi, "Bir kəmər-bir yol təşəbbüsü və Bakı-Tbilisi-Kars layihələri ilə bağlıdır. Sessiya layihələrin reallaşdırılması istiqamətində qarşıya çıxan çətinliklər, bu dəhlizlərin daha yaxşı fəaliyyət göstərmələri və marşrut üzərində yerləşən ölkələrinin mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunub.
"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov cıxış edərək bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.
Qeyd edək ki, tədbirdə İslam dünyasının nazir və nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, təhlil mərkəzlərinin, özəl sektor və akademiyanın nümayəndələri də iştirak edirlər.
Müzakirələr zamanı qeyd olunub ki, yeni transmilli nəqliyyat dəhlizlərinin inkişafı çoxaspektli yanaşma tələb edir. İlk öncə idarə mexanizmləri hazırlanmalıdır. İkinci, maliyyə təmin edilməlidir. Üçüncü, müxtəlif qanunları, nizamnamələri, biznes mədəniyyətləri və dilləri olan bir neçə sayda ölkənin ehtiyaclarının cəlbi gələcəkdə vəziyyəti daha da çətin olmasına gətirib çıxarır.
Bu sessiya yeni transmilli nəqliyyat dəhlizlərinin inkişafı üçün ən maraqlı üç mərhələdə cəmlənəcək. Birinci mərhələdə, mövzu Avrasiya ölkələri arasında əlaqə və əməkdaşlığın inkişafına yardımçı olacaq, Çin tərəfindən təklif olunan "Bir kəmər-bir yol təşəbbüsü olacaq. İkinci mərhələdə, Afrikada ən böyük infrastruktur layihələrindən biri olacaq Dakarlimanı-Sudan dəmiryolu layihəsini reallaşdırmaq istəyən bir qrup Afrika ölkələri. Üçüncü mərhələdə, Tarixi İpək Yolunun tamamlanmasında əhəmiyyətli rol oynayan Türkiyə, Gürcüstan, Azərbaycanın uğurla reallaşdırdığı Bakı-Tbilisi-Kars dəmiryolu layihəsi.
Hər üç layihənin hərəsinin öz tarixi və təcrübəsi vardır. "Bir kəmər-bir yol layihəsi Çini Avropa və Şimali Afrika ölkələri ilə ən sürətli və qənaətcil yolla birləşdirmək məqsədi daşıyıb, böyük maliyyə vəsaiti tələb edir. BTK dəmiryolu layihəsi marşrut boyu ölkələr arasında yalnız regional inteqrasiya və ticarəti asanlaşdırmayıb, eyni zamanda Şərq-Qərb istiqamətində çatışmayan hissəni tamamlayır. Bu iki layihədən fərqli olaraq, Dakarlimanı - Sudan dəmiryolu iqtisadi cəhətdən daha az inkişaf etmiş ölkələri əhatə edib, Çin təşəbbüsü ilə müqayisədə tamamlanması daha az investisiya tələb edir.