Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır. 

Unikal.org Misir dövlət televiziyasına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.

xxx

Misirin Sinay yarımadasının şimalında məsciddə partlayış olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 155 nəfər ölüb, 120-si yaralanıb.

Partlayışla bağlı Misir prezidenti Əbdül Fəttah Əl Sisi təcili toplantı keçirib.