Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
Unikal.org AMB-yə istinadən xəbər verir ki, hərracda planlaşdırıldığı kimi 300 mln. manat cəlb edilib.
Tələb isə bundan 3 dəfə çox - 903,10 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.