Bakıda marketlərdə bəzi məhsulların qiymətində bahalaşma qeydə alınıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, mağazalarda bir günün içində yumurta və süd məhsullarının qiymətində artım baş verib.

Broyler yumurtası 12 qəpikdən 15 qəpiyə qalxıb. Süd və süd məhsulları isə təxminən 10% civarında bahalaşıb.

Firmalar ağartı məhsullarının bahalaşmasını süd qıtlığı ilə əlaqələndirib. Süd məhsullarının bahalaşması fonunda yağın da bahalaşacağı istisna edilmir. Yeni il ərəfəsində bayram qabağı digər məhsulların da qiymətində artım olacağı gözlənilir.