"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Niyam Salami maraqlı açıqlamalar verib.
Unikal.org xəbər verir ki, sevgini yoluxucu xəstəlik adlandırıb, hələ o xəstəliyə tutulmadığını deyən müğənni, belə görünür ki, məqamın gəlməsini gözləyir:
"Sevgi, məhəbbət elə bir hissdir ki, qrip necə ki, gəlib səni yaxalayır, sevgi də yoluxucu xəstəlik kimi gəlib səni tutmalıdır. Gözləyirəm ki, o sevgi, o xəstəlik nə zaman gəlib məni tutacaq. O məqam gəlməlidir ki, mən evlənim. Yoxsa durduğum yerdə deyim ki, mən evlənirəm, bu, mənasız olar. Gecə saat 4-də, 5-də mən yuxudan oyanıb çığırıram, mahnılar oxuyuram. Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də durub "ulayıram.
Niyam qocalanda həyat yoldaşının sırf ona baxması üçün evlilik etməyəcəyini, ümumiyyətlə, bu barədə hələlik düşünmədiyini söylədi:
"Mənə baxsın deyə, evlənmək, arvad almaq istəmirəm. Ailə qurmaq o demək deyil ki, mənim baxanım olsun. Arvad bəyəm mənim üçün xəstəxanada baxıcıdır ki, xəstələnəsəm, mənə baxsın?.
Niyam Salami ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan verilişində izləyə bilərsiz.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.