Abdulla Şaiq adına Dövlət Kukla Teatrında "Zəng" tamaşası oynanılıb.
Unikal.org-un məlumatına görə, tamaşa aktyor Rəhim Rəhimovun iştirakı ilə baş tutub.
Bu dəfəki "Zəng" tamaşası xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Ülviyyə Həsənqızı üçün çalınıb. Tamaşadan yığılan vəsaitin jurnalistin heabına köçürüləcək.
Qeyd edək ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı isə Rəvanə Yaqubovadır.
Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.