"Azərbaycanda infrastruktur layihələrinin inkişafına xüsusi diqqət göstərilir.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, bunu Tbilisidə keçirilən beynəlxalq "İpək yolu forumunda "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, növbəti 5 ildə Azərbaycanda mövcud infrastruktur daha da inkişaf etdiriləcək: "Bu məqsədlə təxminən 3 milyard dollara yaxın vəsaitin ayrılması nəzərdə tutulur.
C. Qurbanov əlavə edib ki, Azərbaycanda yeni gəmiqayırma zavodu tikilir: "2019-cu ildə Azərbaycanın 15 bərəsi olacaq və onların köməyi ilə 6-7 milyon ton yük daşımaq mümkün olacaq.