2017-ci ilin yanvar-oktyabr aylarında "Azexport portalı qeyri-neft məhsulunun Azərbaycandan tədarükü üçün xarici ölkələrdən 397,3 milyon dollar həcmində sifariş qəbul edib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, ümumilikdə 66 ölkədən sifarişlər daxil olub.
Oktyabr ayında portal 41,5 milyon dollar məbləğində sifariş qəbul edib ki, bu da sentyabr ayı ilə müqayisədə 12,4 faiz azdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalında qeyd olunub ki, bu ilin 10 ayı ərzində müraciətlərin sayına görə Rusiya liderlik edir. Müraciətlərdən 19,2 faizi bu ölkənin payına düşür. İlk beşlikdə həmçinin Türkiyə (6 faiz), Ukrayna (5,7 faiz), Hindistan (4,8 faiz) və ABŞ (4,2 faiz) yer alır.
2017-ci ilin avqustunda portala ilk dəfə İsrail və Myanmadan sifarişlər daxil olub.