Sabiq Xorvat müdafiə şurasının rəhbəri Slobodan Pralyak Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında zəhərli maddəni qəbul etdikdən sonra keçinib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib.

S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün məhkəmə hökmün qüvvədə qaldığını təsdiqləyib.


xxx


Hollandiyanın Lahey şəhərində baş tutan "Prlic və digərləri" adlı məhkəmə prosesində hadisə yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2013-cü ildə verilən qərara əsasən Bosniyadakı döyüşlərdə işlədikləri hərbi cinayətlər səbəbi ilə ümumilikdə 111 il həbsə məhkum edilən xorvatiyalı əsgər və siyasətçilərin apellyasiya şikayətlərinə ilə bağlı məhkəmə keçirilib. Bundan öncəki məhkəmədə 20 il həbs cəzası alan xorvatiyalı general Slobodan Praljakın şikayəti təmin edilməyib. Bu qərardan sonra sabiq general yüksək səslə cəzanı qəbul etmədiyini söylədi və zəhər olduğunu iddia etdiyi bir şüşədəki məhlulu içib. Daha sonra məhkəmə prosesinin başa çatdığı elan edildi.