Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 

Unikal.org APA TV-yə istinadən xəbər verir ki, hadisə Şəmkir-Kür qəsəbə avtomobil yolunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində, dəmir yolu xəttinin üzərindəki körpüdə qeydə alınıb.
 
Gəncə şəhər sakini, 63 yaşlı Telman Məmmədovun idarə etdiyi "QAZ-24" markalı maşın "VAZ-2106" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitələrinin hər ikisi körpüdən aşıb. Nəticədə 4 nəfər yaralanıb. "QAZ-24"ün sürücüsü Telman Məmmədov, "VAZ"da olan bir ailənin üzvləri, Şəmkir rayonunun Qaracəmirli kənd sakinləri - 53 yaşlı Qoşqar İsayev, onun həmyaşıdı Səmayə İsayeva və 29 yaşlı Aynur Əhmədova Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qəzaya "VAZ-2106"nın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

 
Faktla bağlı araşdırma aparılır.