Pakistanın paytaxtı İslamabadda ölümlə nəticələnən silahlı insident baş verib.

Unikal.org-un "Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə naməlum motosikletçi məscidin qarşısında insanlara atəş açıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 4-ü xəsarət alıb.
"Daily Pakistan qəzetinin xəbərinə görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. 

Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir.