"Toyota Motor" şirkəti Rusiyada 9,3 mindən çox "Hilux" avtomobilini geri çağırıb.
Unikal.org-un məlumatına görə, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin sentyabrından 2014-cü ilin noyabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.