OPEK-in yeni prezidenti BƏƏ-nin energetika naziri Süheyl əl Məzrui olacaq. 

 Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falix bildirib.   Süheyl əl Məzrui OPEK-in prezidenti vəzifəsini 2018-ci ilin yanvarın 1-dən icra etməyə başlayacaq. Qeyd edək ki, OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini 9 ay artıraraq 2018-ci ilin sonunadək uzadıb.