İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.
Unikal.org xarici mətbuata istinadən məlumatına görə, İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində azı 51 nəfər xəsarət alıb. Hazırda axtarış-xilasetmə işlər davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.
Təkanlar Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.