Zonquldakda içərisində azərbaycanlıların da olduğu fahişəlik şəbəkəsi aşkarlanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, fahişəlik şəbəkəsinin 13 üzvü saxlanılıb. Onlardan 3-ü azərbaycanlı, biri qırğız əsillidir.

Şübhəlilərdən Nurhan K.-nın evində axtarış aparılıb. Axtarış zamanı çox sayda sim kart, cinsi gücü artıran dərmanlar, fahişəliyə dair hesabların tutulduğu qeyd dəftərləri və cib telefonları ələ keçirilib.

Müayinədən keçirilən şübhəlilər, ifadələri alınması üçün Zonquldak Təhlükəsizlik Müdirliyinə aparılıb.